AZ

Azərbaycan komandası Avropa çempionatında 16 medal qazandı

Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında 16 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, medallardan 3-nün əyarı qızıl, 7-si gümüş, 6-sı isə bürünc olub.

"Sərbəstlər" yarışı 8, yunan-Roma güləşçiləri 5, qadınlar isə 3 medalla başa vurublar.

Ali Tsokayev (92 kq), Günay Qurbanova (59 kq) və Elmin Əliyev (82 kq) Avropa çempionu olublar. Gültəkin Şirinova, Fərid Sadıxlı (hər ikisi 55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79) və Yusif Dursunov (125 kq) gümüş medala sahib çıxıblar. İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Fərid Xəlilov (67), Ramik Heybətov (70 kq), Fərahim Mustafayev (72 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə ediblər.

Avropa çempionatı nartın 9-15-i aralığında keçirilib.

Seçilən
21
2
sportinfo.az

3Mənbələr