AZ

Avropa Komissiyası onların da Rusiyadan neft idxalını qadağan etmək istəyir

Avropa Komissiyası Macarıstan və Slovakiyaya Drujba boru kəməri vasitəsilə Rusiyadan neft idxal etməyə imkan verən istisnanın ləğvini təklif edəcək.

Azreform.info xəbər verir ki, bu barədə Aİ-nin enerji komissarı Dan Yorgensen Aİ enerji nazirlərinin görüşünün ardınca keçirilən mətbuat konfransında bildirib .

"Hazırda sanksiyalar mövcuddur, lakin iki ölkənin istisnaları var. Biz bunu dəyişdirmək üçün təklif təqdim edəcəyik. Bütün ölkələr bu vəziyyətə hazırlaşmalıdırlar. Biz gələcəkdə Rusiyanın enerji resurslarını almaq istəmirik", o bildirib.

Yanvar ayında Avropa Birliyi rəsmi olaraq 1 yanvar 2027-ci il tarixindən etibarən Rusiya qazının tədarükünə tam qadağa qoyub . Həmçinin bildirilib ki, 2027-ci ilin sonuna qədər Avropa Komissiyası Rusiya neftinin idxalını tədricən dayandırmaq üçün qanunvericilik təklif etməyi planlaşdırır.

Elvin

Azreform.info

Seçilən
31
3
azreform.info

4Mənbələr