AZ

Slovakiya Ukraynaya qəza elektrik enerjisi təchizatını dayandırır

Bakı. Trend:

Slovakiyanın elektrik ötürmə sistemi operatoru SEPS Ukraynanın“Ukrenerqo” şirkətinə qəza elektrik enerjisi təchizatınındayandırılması ilə bağlı rəsmi bildiriş göndərib.

Trend xəbər verir ki, bubarədə açıqlama Ukrayna şirkətinin teleqram kanalında yayılıb.

Məlumata əsasən, “Ukrenerqo” Slovakiyanın SEPS operatorundanqarşılıqlı təcili yardım göstərilməsi barədə müqavilənin birtərəfliqaydada ləğv olunduğunu bildirən rəsmi məktub alıb. Bildirilib ki,müqavilə bu ilin may ayında tam şəkildə qüvvədən düşəcək.

“Ukrenerqo”nun açıqlamasında qeyd olunub ki, bu qərar Ukraynaistehlakçıları üçün hər hansı dəyişiklik yaratmayacaq. Bildirilibki, Slovakiyadan qəza məqsədli enerji yardımı çox nadir hallarda vəməhdud həcmdə istifadə olunub. Belə hallardan sonuncusu bu ilinyanvar ayında qeydə alınıb. “Qarşılıqlı təcili yardım” sazişininləğvi isə kommersiya xarakterli elektrik enerjisi mübadiləsinətəsir etməyəcək. Slovakiyadan Ukraynaya elektrik enerjisinin idxalıindiyədək məhdudiyyətsiz həyata keçirilib və hazırda da davamedir.

Bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fitso UkraynanıRusiyanın zərbələri nəticəsində zədələnmiş “Drujba” boru kəmərivasitəsilə neft nəqlinin bərpasını qəsdən ləngitməkdə ittihametmişdi.

Seçilən
44
az.trend.az

1Mənbələr