AZ

Parlaq gecədən geriyə qalan “mənzərə” gündəm oldu Foto

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Oskar” mükafatlandırma mərasimindən sonra “Dolby” teatrının zalından yayılan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, mərasim başa çatdıqdan və qonaqlar zalı tərk etdikdən sonra çəkilən fotolarda oturacaqlar arasında və döşəmədə çoxlu sayda tullantının qaldığı diqqət çəkib.

Fotolarda oturacaqların arasında plastik su şüşələri, içki stəkanları, popkorn qabları, qablaşdırılmış qida tullantıları və karton qutuların qaldığı görünür. Eyni zamanda, bəzi oturacaqların altında kağız və broşürlərin də qaldığı qeyd olunub.

Görüntülər sosial media platformalarında yayıldıqdan sonra istifadəçilər iki fərqli mövqe nümayiş etdiriblər. Bəzi istifadəçilər mərasimin uzun sürməsi və intensiv tempini nəzərə alaraq, belə mənzərənin “normal” olduğunu bildiriblər. Digərləri isə qonaqların tez-tez ətraf mühit və sosial məsuliyyətlə bağlı verdiyi mesajlarla bu mənzərə arasındakı ziddiyyəti vurğulayıblar.

Bir sıra istifadəçilər isə görüntülərə sərt reaksiya verib. Şərhlərdən birində “Varlılar həmişəki kimi çirkablarını kasıblara saxlayırlar” ifadəsi yer alıb. Başqa bir istifadəçi isə “Təmizlik işçiləri “Oskar” mükafatına layiqdirlər” fikrini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
qafqazinfo.az

1Mənbələr