AZ

Meşənin dərinliyində gizlənən tarix: İtmiş şəhər təsadüfən tapıldı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşanın Slavoborje kəndi yaxınlığındakı meşəlik ərazidə arxeoloqlar uzun müddət itmiş hesab edilən orta əsr şəhəri Ştoltzenberqin qalıqlarını aşkar ediblər.

Oxu.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində qədim şəhərin planı qismən bərpa olunub. Alimlərin fikrincə, bu yaşayış məntəqəsi Pomeraniya və Noymark bölgələrinin sərhədində salınıb və XIV-XV əsrlərdə tənəzzülə uğrayıb.

Qazıntılar zamanı ərazidə torpaq bənd (val), təxminən 5.5 metr dərinliyində xəndək, həmçinin düzbucaqlı bazar meydanı ətrafında yerləşən tikililərin izləri müəyyən edilib. Tədqiqatlar zamanı 400-dən çox artefakt, o cümlədən gümüş sikkələr, kəmər hissələri, bıçaqlar və qıfıllar tapılıb.

Bundan əlavə, arxeoloqlar top mərmiləri və qurğuşun güllələr də aşkar ediblər. Ehtimal olunur ki, bu tapıntılar 1761-ci ildə, Yeddiillik müharibə zamanı bölgədə baş vermiş döyüşlərlə bağlıdır. Şəhərin tamamilə yoxa çıxma səbəbləri isə hələ də elm dünyasına dəqiq məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
oxu.az

1Mənbələr