AZ

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi

Bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyanın ən böyük neft yataqlarından biri sayılan “Şah” neft yatağı dron hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Əbu-Dabi Media Ofisinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, hücum nəticəsində ərazidə yanğın baş verib və təhlükəsizlik məqsədilə yataqda bütün əməliyyatlar müvəqqəti dayandırılıb.

Aidiyyəti qurumlar yanğının söndürülməsi istiqamətində tədbirlər görüblər. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Seçilən
5
1
publika.az

2Mənbələr