AZ

Müctəba Xamenei ölümdən necə qurtulub? - Protokol rəisinin səs yazısı yayıldı

İranın yeni Ali Lideri Ayətullah Müctəba Xameneinin 28 fevralda hava hücumunda ölümdən necə xilas olduğu məlum olub.

Musavat.com xəbər verir ki, bununla bağlı məlumat "The Daily Telegraph" qəzetinin eyni hücumda öldürülən Ayətullah Əli Xameneinin Protokol rəisi Məzahir Hüseyninin SEPAH rəhbərliyinə verdiyi açıqlamanın audioyazısında əksini tapıb.

"Daily Telegraph" qəzeti iddia edir ki, səs yazısının həqiqiliyi müstəqil yoxlama yolu ilə təsdiqlənib: "Bu, Allahın iradəsi idi: Müctəba hansısa bir iş üçün həyətə çıxmalı və sonra qayıtmalı idi. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxırdı ki, binaya raket dəydi. Həyat yoldaşı xanım Zəhra Hadad dərhal öldürüldü”.

Protokol rəisi İranın yeni Ali Liderinin hücum zamanı yalnız "yüngül ayaq zədəsi" aldığını, lakin onun oğlunun da öldürüldüyünü bildirib.

Musavat.com

Seçilən
57
17
musavat.com

10Mənbələr