AZ

Azərbaycanda aprel-iyul qərarı

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən, karantin rejimi 2026-cı il 1 iyul saat 06:00-dək qüvvədə olacaq. Bundan əvvəl müddət 1 aprelədək nəzərdə tutulmuşdu.

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov danışıb. Onun fikrincə, insanlar arasında qrip halları var, lakin karantin bununla əlaqəli deyil:

“İlin demək olar ki, hər fəslində, xüsusilə qış və yaz aylarında xəstəliklərin artması müşahidə olunur. Məsələn, iki gün əvvəl Badamdarda yolu şampunlu su ilə yudular ki, guya bu, xəstəliyə qarşı tədbirdir. Amma karantin rejimini koronovirusla əlaqələndirmək doğru deyil”.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla isə hesab edir ki, mövcud vəziyyət bəzi məhdudiyyətlərin müəyyən üstün tərəflərinin də olduğunu göstərir:

“Düzdür, insanlar çətinlik çəkir, gediş-gəliş məhdudlaşır, quru sərhədlərdən istifadə etmək mümkün olmur. Ancaq hadisələr göstərir ki, regionda vəziyyət tam da stabil deyil. Bu baxımdan düşünürəm ki, bəzi məqamlar var ki, biz onları bilmirik və ya həmin məlumatlar ictimaiyyət üçün açıqlanmır”.

Seçilən
33
2
publika.az

4Mənbələr