17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Sportinfo.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.
B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandassı ilə qarşılaşacaq.
Bakı toplanışı üçün U-17-yə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq. Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.
| Nr. | Adı / Soyadı | Klubu |
| 1 | Nurəziz Əzizov | Neftçi |
| 2 | Bilal Hacıyev | Qarabağ |
| 3 | Murad Muradov | Zirə |
| 4 | Kamil Həsənov | Neftçi |
| 5 | Uğur Qurbanlı | Qarabağ |
| 6 | Rəşad Gülüşov | Sabah |
| 7 | Səttar Tahirzadə | Marset (İspaniya) |
| 8 | Zeyd Nəsirulla | Berliner AK 07 (Almaniya) |
| 9 | Atacan Məmmədov | Marset (İspaniya) |
| 10 | Muhamməd Çodarov | Marset (İspaniya) |
| 11 | İsmayıl Səfərli | Neftçi |
| 12 | Əli Kiçibəyov | Turan Tovuz |
| 13 | Amin Rzayev | Qarabağ |
| 14 | Allahverdi Şirinov | Qəbələ |
| 15 | Raul İsaqov | Kəpəz |
| 16 | Nihad Hüseynzadə | Sabah |
| 17 | Musa Mustafayev | Zirə |
| 18 | İbrahim Xəlilov | Sabah |
| 19 | Samir Şərifov | Sabah |
| 20 | Pünhan Kərimov | Marset (İspaniya) |
| 21 | Əli Bəşirov | Qarabağ |
| 22 | Rüstəm Hüseynli | Neftçi |
| 23 | Kamal Zülfiyev | Sumqayıt |
| 24 | Murad Həmidov | Elversberqs (Almaniya) |