AZ

Dubay neftinin qiyməti 153,25 dollara yüksəldi

“S&P Global Platts”ın məlumatına görə, Yaxın Şərqdə müharibənin və tədarük böhranının dərinləşməsi fonunda Dubay xam neftinin qiyməti 153,25 dollara qədər yüksəlib. Beləliklə, bu göstərici Brent neftinin 2008-ci ildə qeydə alınmış 147,50 dollarlıq tarixi rekordunu üstələyib.

Bizim.Media xəbər verir ki, məlumata əsasən, Oman xam nefti də 147,79 dollar səviyyəsinə çataraq rekord yeniləyib. Reuters bildirir ki, Yaxın Şərq neftinin bu qədər bahalaşması əsasən Hörmüz boğazından keçən tədarükün kəskin azalması, regionda təhlükəsizlik risklərinin artması və bazarda fiziki neft çatışmazlığı ilə bağlıdır.

Ekspertlərin fikrincə, bölgədə hərbi gərginlik və logistika problemləri davam edərsə, neft bazarındakı yüksəliş bir müddət qala bilər.

Bununla yanaşı, bəzi treyderlər qiymət mexanizmində təhrif yarandığını desələr də, S&P Global Platts öz qiymətləndirməsinin bazar reallığını əks etdirdiyini vurğulayır.

Bizim.Media

Seçilən
34
bizim.media

1Mənbələr