AZ

Əraqçi Utikoffla nə vaxt danışdığını açıqladı

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla sonuncu dəfə ABŞ-nin İrana hücumundan əvvəl danışıb.

Musavat.com xəbər verir ki, bunu xarici işlər haziri "X" hesabında paylaşıb:

"Cənab Uitkoffla sonuncu əlaqəm onun işəgötürəni İrana qarşı başqa bir qanunsuz hərbi hücumla diplomatiyaya son qoymaq qərarına gəlməzdən əvvəl baş tutub".

Əraqçiyə görə, əks iddiaların neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Öz növbəsində, Tasnim xəbər agentliyi məlumatlı mənbəyə istinadən bildirib ki, İranın ABŞ ilə əlaqə qurmağa çalışdığı barədə xəbərlər "yalan və qeyri-realdır".

Rəsmi şəxsin sözlərinə görə, "ABŞ prezidenti Donald Trampa qarşı hərbi və iqtisadi təzyiqlər gücləndikcə, o, çarəsizləşib və enerji bazarına təsir göstərmək üçün danışıqlar siqnalları göndərir".

Mənbə qeyd edib ki, Tehran Trampın vədlərinə etibar etmir və "İranın və onun regional tərəfdaşlarının uzunmüddətli milli təhlükəsizlik maraqlarını təmin etməyən" heç bir razılaşma olmayacaq.

Qeyd edək ki, bundan əvvəl Axios mənbələrə istinadən Uitkoff və Əraqçinin bu yaxınlarda ölkələri arasındakı münaqişəyə son qoymaq üçün əlaqələrə başladığına dair məlumat yaymışdı.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr