AZ

II Liqa: "Xankəndi"nin "Ağdaş" sınağı, "Qaradağ Lökbatan" "Göygöl"ü qəbul edir

Bu gün Azərbaycan II Liqasında XVIII tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutacaq.

Əvvəlcə lider "Xankəndi" evdə "Ağdaş"ı sınağa çəkəcək.

Qalan oyunlar bir saat gec start götürəcək. Liderin ən yaxın izləyicisi "Qaradağ Lökbatan" "Göygöl"ü qəbul edəcək. "Şəmkir" autsayder "Araz Saatlı"nı, "Quba" isə "Dinamo"nu qəbul edəcək.

Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyunlarında “Şəki Siti” “Kür-Araz”ı 4:3, “Şirvan” isəv“Ağstafa Gəncləri”ni 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan II Liqası
XVIII tur
17 mart 

14.00. “Xankəndi” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Tural Bayramov, Sadiq Əliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. Palms Sports Futbol Mərkəzi (IV meydança).

15.00. “Şəmkir” – “Araz Saatlı”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Qaradağ Lökbatan” – “Göygöl”
Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim- inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Quba” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba. Olimpiya İdman Komplksinin stadionu.

Seçilən
14
50
fanat.az

10Mənbələr