Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Gecənin ilk matçı Portuqaliyada baş tutacaq. Turnirin sürpriz komandası "Budo/Qlimt" evdə 3 cavabsız qolla qalib gəldiyi "Sportinq"in qonağı olacaq.
Gecənin ən maraqlı matçları isə İngiltərədə keçiriləcək. "Mançester Siti" ilk görüşdə 0:3 hesabı ilə məğlub olduğu "Real" qarşısında geridönüş etməyə çalışacaq. Londonda isə "Çelsi" 2:5 hesabı ilə uduzduğu PSJ qarşısında möcüzə axtarışında olacaq.
İngiltərə paytaxtında baş tutacaq başqa görüş isə "Arsenal" və "Bayer Leverkuzen" arasında olacaq. Bu komandalar arasında Almaniyada baş tutan ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.