AZ

Bakıya uçan hərbi təyyarə ilə bağlı İrəvandan açıqlama

BAKI, 17 mart. TELEQRAF

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” təyyarəsinin Ermənistan üzərindən Azərbaycana uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən yerli KİV-in sorğusuna cavab olaraq bildirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, C-130J-nin Bufarikdən Bakıya uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Qeyd edilib ki, təyyarə fevralda Ankaradan Bakıya və Bakıdan Bufarikə (Əlcəzair) uçuşlar üçün Ermənistan hava məkanından istifadə edib.

Seçilən
101
2
teleqraf.com

10Mənbələr