AZ

Bağdadın mərkəzində otelə dron hücumu olub

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən "Al-Rasheed" oteli dron hücumuna məruz qalıb.

Bu barədə xarici mətbuat İraqın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

"Bu axşam (dünən-red) 18 mərtəbəli otelə dron hücumu nəticəsində yanğın baş verib. Yuxarı mərtəbələrdən tüstü qalxır", - məlumatda bildirilir.

İlkin məlumatlara görə, otelə birbaşa hücum Bağdadın hökumət binalarının və bir çox ölkənin səfirliklərinin yerləşdiyi "Yaşıl zona"da baş verib.

Mənbə bildirib ki, hücum nəticəsində mümkün zərərçəkənlər barədə məlumat verilməyib.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib, İraq hakimiyyəti istifadə edilən dronların mənşəyini və ya növünü təsdiqləməyib.

Qeyd edilir ki, zərbə Bağdadın Beynəlxalq Hava Limanı və ABŞ ilə əlaqəli obyektlər də daxil olmaqla yaxınlıqdakı hədəflərə edilən, beş nəfərin yaralandığı daha böyük hücum dalğası ilə üst-üstə düşüb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
cebheinfo.az

3Mənbələr