AZ

Tramp Venesuelanı “51‑ci ştat” adlandırdı

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yayımladığı paylaşımda Venesuelanın ABŞ‑nin “51‑ci ştatı” ola biləcəyinə işarə edib.

Gununsesi.info xəbər verir ki, Tramp paylaşımında Venesuelanın beysbol komandası yarımfinalında İtaliyanı 4‑2 məğlub etməsini vurğulayıb.

“Son vaxtlar Venesuelada yaxşı şeylər baş verir. Görəsən, bu sehr nədir? 51‑ci ştat olmaq istəyən var?” ifadəsini işlədib.

Qeyd edək ki, ötən ay Tramp sosial şəbəkə hesabında Kanada, Qrenlandiya və Venesuelanı ABŞ əraziləri kimi göstərən bir xəritə paylaşmışdı, bu isə beynəlxalq müzakirələrə səbəb olmuşdu.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez daha əvvəl ABŞ‑nin 2025‑ci ilin noyabrına qədər ölkəsini “51‑ci ştat” etməyi hədəflədiyini irəli sürmüşdü.

Tramp əvvəllər də Kanadanın ABŞ‑nin 51‑ci ştatı olması ilə bağlı fikirlər səsləndirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr