AZ

Trampın Kuba planı açıqlandı: Rejimi dəyişmək deyil...

Donald Tramp administrasiyası Migel Diaz-Kaneli Kuba prezidenti vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" (NYT) mənbələrə istinadən yayıb.

Qəzetin məlumatına görə, hazırkı Kuba prezidentinin vəzifədən kənarlaşdırılması ölkə iqtisadiyyatında struktur dəyişikliklərinə şərait yaradacaq ki, bu da Amerika şirkətləri üçün imkanları genişləndirəcək. NYT qeyd edib ki, Ağ Ev Kuba liderinə və ailəsinə qarşı tədbirlər görməkdə "hələ israr etmir".

Daha əvvəl Tramp Ağ Evdəki mətbuat konfransında "Kubanı ələ keçirməyin" onun üçün şərəf olacağını deyib. Lakin NYT hesab edir ki, Amerika prezidenti ölkənin siyasi sistemini dəyişdirmək niyyətində deyil. Qəzet qeyd edir ki, Tramp rejimi tabe etməyə çalışır ki, bu da "sərt xətt" tərəfdarı Migel Diaz-Kanel və onun administrasiyasının rəhbərliyi altında mümkün deyil.

Musavat.com

 

Seçilən
53
31
musavat.com

10Mənbələr