AZ

40 yaşlı sahibkarın meyiti tapıldı – FOTO

Salyan və Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin 40 yaşlı sahibi Şamil Qədirov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 

Onun meyitini yaxınları Salyanda yaşadığı evdə aşkar ediblər. Ş.Qədirovun hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil.


Mərhumun 2 övladı qalıb.

Sahibkarın ölümü ilə bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
16
9
bizim.media

10Mənbələr