AZ

ABŞ hökumətinin yarım milyonunu mənimsəyən azərbaycanlı həbsdən canını qutardı

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

ABŞ Dövlət Departamentinin yarım milyon dollar vəsaiti Bakıda ələ keçirilib.

Gununsesi.info xəbər verir ki, buna görə 20 ildən çox ABŞ-ın Azərbaycandakı səfirliyində işləmiş Rafiq Göyüşov cinayət məsuliyyətinə cəlb olunub.

1997-ci ildən səfirlikdə işləyən 57 yaşlı Rafiq Göyüşov orada müxtəlif vəzifələrdə çalışıb. Sonuncu işi isə Ümumi xidmətlər şöbəsində evlər üzrə köməkçi vəzifəsi olub.

ABŞ səfirliyinin əməkdaşlarının yaşamaları üçün kirayə mənzillər tapmaqla, həmin mənzillərlə əlaqədar köməkçi işlərlə məşğul olub.

Səfirlik əməkdaşlarının kirayə qaldıqları mənzillərin “kommunal xidmətləri, avtomobillərinin parklanması” adı altında ayrıca ödənişlər alınıb və həmin vəsaitlər mənimsənilib.

Kirayə mənzilin pulu ev sahibinin öz hesabına köçürülsə də, “kommunal xidmət və parklanma ödənişləri” üçün vəsaitlər ümumi şəkildə Rafiq Göyüşovun dostunun hesabına köçürülüb. Həmin şəxs səfirlik əməkdaşlarının kirayə qaldığı kompleksin meneceri kimi təqdim olunub.

8 il ərzində “kommunal xidmət və parklanma ödənişi” adı ilə ABŞ Dövlət Departamentindən köçürülən 488 min 972 min dollar vəsaitin əslində təyinatı üzrə xərclənmədiyi ortaya çıxıb.

Rafiq Göyüşov bildirib ki, dostunun bu məsələdə heç bir günahı yoxdur. Onun xahişi ilə dostunun hesabına pul köçürülüb. Gələn pulu da dostu hesabdan çıxarıb, ona verib.

Bu məsələ ilə əlaqədar Amerika səfirliyi və ABŞ Ədliyyə Departamenti ilə birgə müzakirələr aparılıb.

Rafiq Göyüşov vurulan ziyandan 128 min dollar ödəyəndən sonra tərəflər arasında barışıq sazişi imzalanıb. Barışıq sazişi vurulmuş maddi ziyanın qismən qaytarılması ilə bağlı olub. Səfirlik qalan məbləğdən imtina edib.

ABŞ səfirliyi şikayətçi olmasa da, Rafiq Göyüşov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib və ona 3 il sınaq müddəti təyin edilməklə, 10 il şərti cəza verilib.

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr