AZ

Trampa İranla münaqişəyə son qoymaq üçün seçimlər verilib - KİV

ABŞ hərbi rəsmiləri Prezident Donald Trampa İranla mümkün münaqişənin başa çatdırılması üçün ssenarilər təqdim edib.

Missiya.Az xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, münaqişənin bitmə vaxtı qeyri-müəyyəndir və hər gün dəyişə bilər. Məsləhətçilər arasında fikir ayrılığı var: bəziləri iqtisadi risklərdən narahatdır, digərləri isə bunu İranın bölgədə təsirini zəiflətmək imkanı sayır.

Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, əməliyyatın 4–6 həftə davam edəcəyi proqnozu qüvvədə qalır və yekun qərarı Prezident verəcək.

Qeyd edək ki, Tramp daha əvvəl döyüşlərin tezliklə bitəcəyini açıqlayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr