
ABŞ Dövlət Departamenti digər ölkələri İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və "Hizbullah" hərəkatını terror təşkilatları siyahısına salmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti qurumun müvafiq teleqramına istinadən məlumat yayıb. Teleqramda qeyd olunur ki, Dövlət Departamenti diplomatlara olduqları ölkələrin hökumətlərindən SEPAH və Livan "Hizbullah"ını rəsmi şəkildə terror təşkilatı elan etməyi xahiş etmək barədə tapşırıq verib.
Diplomatlar bu müraciəti cümə gününə qədər "ən yüksək müvafiq səviyyədə" çatdırmalıdırlar. Hər bir diplomatik missiya öz mülahizəsinə uyğun olaraq fəaliyyətini israilli həmkarları ilə əlaqələndirə bilər.
Məryəm Quliyeva