AZ

Avropa ölkəsinin səfirinin olduğu qayıq Türkiyə suları yaxınlığında qəflətən batdı

Egey dənizində Yunanıstanın Meqisti adası yaxınlığında AB sərhəd agentliyinə məxsus qayıq batıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, 16 mart, bazar ertəsi günü, Aİ-nin xarici sərhəd təhlükəsizliyi agentliyi olan “Frontex” qüvvələrinin iştirakı ilə ciddi dəniz qəzası baş verdi. Diplomatik nümayəndə heyətini və hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan qayıq qəfildən batıb.

Hadisə yerli vaxtla saat 16:20 radələrində Türkiyənin materik hissəsindən təxminən iki kilometr aralıda yerləşən kiçik bir Yunan adası olan Meqisti yaxınlığında baş verib. Ada həmçinin Kastellorizo ​​kimi də tanınır.

“Qəza tez bir zamanda baş verib, lakin kömək vaxtında gəlib. Suda olan insanlar Yunanıstan Sahil Mühafizəsinin heyətləri və yaxınlıqdan keçən mülki katamaran tərəfindən xilas edilib”, - məlumatda deyilir.

Seçilən
27
11
publika.az

10Mənbələr