ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Mənim üçün mədəniyyət sənətdən öndə gəlir. Qapıdan içəri girən şəxs oturanlara "salam" verməyi özünə sığışdırmırsa, sənətdəki illərinin sayı mənim üçün heç bir əhəmiyyət kəsb etmir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayşən Mehtiyeva sosial şəbəkədə yazıb. İfaçı sənət adamlarının bir-birinə "salam" verməməsini tənqid edib:
"Heç kimə hörmət borcum yoxdur. Təbii ki, sözün əsl mənasında ustad saydığımız sənətkarlar istisnadır. Onlar gələndə hər zaman ayağa qalxmışam və subordinasiya saxlamışam".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.