AZ

Qısa boylu olmağın bilmədiyiniz 4 əhəmiyyətli faydası

Əksər insanlar düşünür ki, uzun boylu olmaq üstünlükdür, lakin bəzi tədqiqatlar göstərir ki, qısa boylu olmağın sağlamlıq baxımından əhəmiyyətli üstünlükləri ola bilər.

Ölkə.Az qısa boylu olmağın 4 faydasını təqdim edir:

1. Xərçəng riskinin az olması

2014-cü ildə İsveçdə 5 milyondan çox insanın məlumatlarından istifadə edərək aparılan bir araşdırma xərçəng riskinin boy artdıqca artdığını ortaya qoydu. Araşdırmaya görə, boyda hər 10 santimetr artım qadınlarda xərçəng riskini təxminən 18%, kişilərdə isə 11% artıra bilər. Mütəxəssislər hesab edirlər ki, bunun bir səbəbi uzun boylu insanların daha çox hüceyrəyə sahib olması ola bilər ki, bu da hüceyrə mutasiyaları riskini artıra bilər.

2. Qan laxalanma riski daha aşağıdır

2017-ci ildə iki milyondan çox bacı-qardaş üzərində aparılan bir araşdırma göstərdi ki, uzun boylu insanların damarlarında təhlükəli qan laxtalarının əmələ gəlmə riski daha yüksək ola bilər. Bunun bir səbəbi, daha uzun ayaqların olması ilə bağlıdır. Belə ki, uzun ayaqda qan damarlarının da daha uzun olması qanın ürəyə qayıtmasını ləngidə bilər.

3. Çanaq sümüyünün sınma riski aşağıdır

2016-cı ildə aparılan meta-analiz göstərib ki, uzun boylu insanların bud sümüyünün sınığı riski daha yüksək ola bilər. Tədqiqatçılar bildirirlər ki, uzun boylu insanların ağırlıq mərkəzi daha yüksək olduğundan yıxılmalara daha çox meylli ola bilərlər.

4. Daha uzun ömür yaşamaq şansı

Bəzi tədqiqatlar göstərir ki, qısa boylu insanların orta hesabla 2 ildən 5 ilə qədər daha uzun yaşaya biləcəyini göstərir. Alimlər bunun genetik amillərlə əlaqəli ola biləcəyinə inanırlar. Xüsusilə uzunömürlülüklə əlaqəli olan FOXO3 geni daha qısa boylu insanlarda daha çox yayılıb.

Mütəxəssislər bildirirlər ki, boy sağlamlığa müəyyən təsir göstərsə də, qidalanma, idman, yuxu və ümumi həyat tərzi ömür uzunluğu və sağlamlıq baxımından daha həlledicidir.

Billurə
 

Seçilən
14
2
olke.az

3Mənbələr