AZ

Bakı metrosunda YENİ QADAĞA - 30 manat cərimə...

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.

Musavat.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar.

"Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin, ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq! Daha rahat səfər üçün qaydalara riayət edək", - məlumatda qeyd edilib.

Seçilən
33
18
musavat.com

10Mənbələr