AZ

ABŞ-ın Kuba ilə bağlı gizli planı ÜZƏ ÇIXDI

ABŞ və Kuba arasında aparılan gizli danışıqlarda Vaşinqtonun əsas tələblərindən biri Kuba prezidenti Migel Dias-Kanelin hakimiyyətdən uzaqlaşdırılması olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The New York Times nəşri yayıb.
 

Məlumata görə, ABŞ administrasiyası Havana ilə mümkün razılaşmada irəliləyişi ölkə rəhbərliyində dəyişikliklə əlaqələndirib. Kuba tərəfi isə danışıqları təsdiqləsə də, suverenlik və daxili siyasi quruluşa müdaxilə ilə bağlı hər hansı şərti qəbul etmədiyini açıqlayıb.


Hazırda danışıqların detalları tam açıqlanmasa da, onların Kuba tarixində son illərin ən həssas təmaslarından biri olduğu bildirilir. ABŞ-ın sərt enerji təzyiqi və adada dərinləşən böhran fonunda bu mövzu regionda ciddi siyasi rezonans doğurub.

Bizim.Media

Seçilən
37
1
bizim.media

10Mənbələr