AZ

Norveçli diplomatlar İrandan təxliyə olunub

Astara, 17 mart, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 00:00-dan 10:00-dək 1 Azərbaycan vətəndaşı və Norveçin 3 diplomatik nümayəndəsi sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.

Hazırda “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi aidiyyəti qurumların nəzarəti altında davam etdirilir.

Müxbir-İlkin Adıyev

Seçilən
10
6
azertag.az

8Mənbələr