BƏƏ-nin paytaxtında raket qalıqlarının düşməsi nəticəsində bir nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə BƏƏ mətbuat xidməti sosial mediada məlumat yayıb.
Bildirilib ki, Əbu-Dabidə hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilən ballistik raketin qalıqları Beni Yas ərazisinə düşüb.
Hadisə nəticəsində Pakistan vətəndaşı həyatını itirib.
Qeyd olunub ki, bir gün əvvəl də Əbu-Dabidə raketin avtomobilə düşməsi nəticəsində bir fələstinli həlak olub.
Aminə ŞAHSUVARQIZI