AZ

Ançelotti Neymarı milliyə niyə çağırmadığına aydınlıq gətirdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarın mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün milli komandanın heyətində olmaması ilə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, jurnalist Vene Kasaqrande "Twitter" hesabı üzərindən italiyalı mütəxəssisin fikirlərini belə təqdim edib:

"Niyə indi Neymarı çağırmadım? Çünki o, 100 faiz formada deyil. Bizə isə məhz belə oyunçu lazımdır. Neymar 100 faiz formada olarsa, mundiala gedə bilər. Neymar çalışmağa, oynamağa, keyfiyyətlərini nümayiş etdirməyə və yaxşı fiziki formasını qorumağa davam etməlidir".

Qeyd edək ki, Neymar 2023-cü ilin payızından bəri milli komandaya çağırılmayıb.

Braziliyalılar martın 26-da Fransa, 31-də isə Xorvatiya ilə qarşılaşacaqlar.

2026-cı il dünya çempionatı gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnir 11 iyun - 19 iyul tarixlərində davam edəcək.
Braziliya mundialın qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya ilə oynayacaq.

Seçilən
37
1
fanat.az

2Mənbələr