AZ

“B seriyasında bizimlə keçirilən hər oyun rəqib üçün milli bayrama çevrilirdi...”

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

David Trezeqe bugünlərdə İtaliyaya gəlib. Fransa yığması ilə DÇ-1998-in və AÇ-2000-in qalibi, DÇ-2006-nın gümüş mükafatçısı olan sabiq hücumçu “La Gazzetta dello Sport”a müsahibə verib. "Football-plus.az" xəbər verir ki, 48 yaşlı Trezeqe əsasən 10 il (2000-10) çıxış etdiyi, ağ-qara formasında 320 oyun keçirib 171 qol vurduğu “Yuventus”la bağlı sualları cavablayıb. Onun hazırda hücumda oynayan oyunçular haqda düşüncələri daha çox maraq doğurur.- “Yuventus”dan ayrılmağa nə vaxt daha yaxın olmusuz?- 2001-ci ildə yox. Ən kritik məqam müqaviləni yeniləyə bilmədiyimiz 2004-cü ildə yaşandı. Mocci klubun maraqlarını müdafiə etməkdə haqlı idi. Amma mən 2000-ci ildə qitə çempionatının finalında İtaliyaya vurduğum qoldan bir neçə gün əvvəl müqaviləyə qol çəkərkən onunla söhbətimdə səslənən “Yuventus”un mərkəz hücumçusu pul qazanmaq üçün qol vurmalıdı” fikrini unutmamışdım. Tələbim tamamilə ədalətli idi. Buna görə də 100-cü qolumu vurandan sonra maaşımın artırılmasını istədim. Mocci məni “Barselona”ya satmağa hazır idi. Bu məsələdə Kapello həlledici rol oynadı. Don Fabio mənə zəng etdi və qalmağımı istədi. Baxmayaraq ki, o vaxt hələ də “Roma”nın baş məşqçisi idi. Bu səbəbdən müqaviləni yeniləyəcəyimə çox da əmin deyildim. Amma hər şey yolunda getdi. Əla komandamız var idi və “Yuve” ilə Çempionlar Liqasının qalibi olmağın daha asan reallaşa biləcəyini düşünürdüm. Lakin bu turnirdə 2006-cı ildə “Barselona” qalib gəldi.- Ora getmədiyinizə görə peşmansız?- Heç də yox. Hətta “Kalçopoli” qalmaqalına görə “Yuventus”la 2-ci diviziona yollanmağımla fəxr edirəm. Futbol baxımından itirilmiş bir il oldu, amma azarkeşlərin və klubun sevgisini qazandım: bu, daha dəyərlidi. B seriyasında işlər qəribə idi: bizimlə keçirilən hər oyun rəqib üçün milli bayrama çevrilirdi...- “Yuventus”la danışıqları necə xatırlayırsız?- Fransa yığmasında birlikdə dünya çempionluğunu qazandığım Zidan ilə Deşam mənə Turinə gəlməyi məsləhət gördülər. Müqavilə bağlamazdan əvvəl Platini də mənə zəng etmişdi. Hamı mənə “David, burda vuracağın qollara görə qiymətləndiriləcəksən” deyirdi. “Monako”da qazandığım uğurdan sonra məhz belə çağırışa ehtiyacım var idi. Zidan İtaliyada olduğum ilk vaxtlarda mənə çox kömək etdi: o, həmişə məni Pre Kollinadakı sevimli restoranına şam yeməyinə aparırdı.- Komanda yoldaşlarınıza hədiyyələr verirdiz?- 100-cü qolumu qeyd etmək üçün Turində, Kvadrilaterodakı barda böyük bir məclis təşkil etdim. Ən yaxşı rəqqaslar? Montero, Salayeta... Necə də əla kampaniya idi. Nedved “Qızıl top”a layiq bilinəndə hər kəsə bir hədiyyə vermişdim.- Kim daha çox cərimə ödəyirdi – siz, yoxsa Kamoranezi?- Mauro “Qızıl top”u qazanan oyunçu səviyyəsində idi... O, hələ də zarafatla deyir ki, “Yuventus”da aldığı cərimələr sayəsində Turindəki xəstəxanaların əsas sponsoru olub. Mauro mənə qardaş kimidi, onu məşqçi kimi görməyimə şadam. Düzünü deyim ki, onu heç vaxt bu rolda təsəvvür etməzdim.- Cərimə meydançasında vurduğunuz qolların sirri nədədi?- İnstinkt və məşqlərdə. Uşaqlıqdan qapıya zərbələrimi təkmilləşdirirdim. Nəyin bahasına olursa-olsun qol vurmaq təzyiqini sevirdim. Hücumu başa vurmaq istəyirdim.- “Yuve”nin hücumçuları hələ də qollarının sayına görə qiymətləndirilirlər?- “Yuventus”un tarixi dəyişməyib. Hücumçulardan qol vurub qalib gəlmələri gözlənilir. Klub isə müxtəlif səbəblərdən artıq 6 ildi baş tutmayan skudettonun gəlişini gözləyir. Bu həsrət çox uzun müddəti əhatə edir.- Sizi kim daha çox məyus edir – Devid, yoxsa Openda?- Mən Vlahoviçdən də çox şey gözləyirdim. Doğrudu, o, mövsümün əvvəlində zədələndi, amma komandada 5-ci mövsümünü keçirir. Duşanın hələ də əsl “9 nömrə” olub-olmadığı məlum deyil. O, “Fiorentina”dan gələndə çox nikbin idim. Qismən serb olduğuna görə meydanda əsl canavar saydığım Kovaçeviçi xatırlamışdım. Qismən də Vlahoviçin sürətli, fiziki cəhətdən güclü, yaxşı texnikaya malik olması və Florensiyada çox qol vurması onunla bağlı nikbin düşünməyimə əsas yaratmışdı. Amma “Yuve”nin forması başqa bir hekayədi. Onun haqqında hələ də perspektivli oyunçu kimi danışırlarsa, deməli, nəsə əvvəlcədən səhv gedib.- Rəhbərlik Duşanın iyunda qüvvədən düşəcək müqaviləsini yeniləmək haqda düşünür. Bu planla razısız?- Bu mövzuya toxunmayacam, indi yalnız “River Pleyt”dəki işimə köklənmişəm. Məndən olsaydı, 37 yaşlı Levandovskini yayda azad agent kimi Turinə gətirərdim: o, tamamilə fərqli səviyyədədi, Holann ilə birlikdə əsl “9 nömrə” sayılan hücumçudu. Leva indi fiziki cəhətdən əvvəlki kimi deyil, amma müntəzəm oynamasa belə, bu mövsüm “Barselona”da 14 qol vurub. Güclü və ağıllı futbolçudu. Robert “Yuventus”a hardan gəldiyini, ondan yalnız bol qollar gözlənildiyini tam anlayaraq gələcəkdi. İmkanım olsaydı, onu şəxsən İtaliyaya gətirərdim.- Azarkeşlər artıq Devid ilə Opendanı rədd edirlər. Bəs siz onlar haqda nə düşünürsüz?- Devid “Lill”də oynayıb. Bu komandada yaxşı çıxış etmək əsas sayılır, lakin hər necə olsa qalib gəlmək tələb olunmur. “Yuventus”a qısa zamanda uyğunlaşmaq asan deyil. O, artıq A seriyasını, oyundaşlarını və Spallettini tanıyır. Növbəti mövsüm ikinci şansı qazanmağa layiqdi, bu oğlan oynamağı bacarır. Devid bir ciddi səhv edib: Turinə gələndə ilk mövsümdə 25 qol vuracağına vəd verdi. İndi əvəzini ödədiyi axmaq bir səhvə yol verdi. Openda? Onu “Lans”da çıxış etdiyi vaxtlardan tanıyıram. Sürətli və ağıllı oyunu ilə yadda qalmışdı. Ancaq “Leyptsiq”də ümidləri doğrulda bilmədi. “Leyptsiq” isə “Bavariya” deyil.- Yıldız “sizin” Del Pyeronun səviyyəsinə yaxınlaşıb?- Ale unukaldı. Amma mən indi “Yuventus”un oyunlarına qələbələri görmək və Yıldızı izləmək üçün tamaşa edirəm. O, komandada heç nədən şans yaradan yeganə oyunçudu. Və meydanda bundan həzz alır. Yalançı “9 nömrə”? Xeyr, Yıldız əsasən sol cinahda oynayan “10 nömrə”yə bənzəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
icma.az

2Mənbələr