AZ

İran ABŞ və İsrailə meydan oxudu: “Müharibəni siz başladınız, biz bitirəcəyik”

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran rəsmiləri ABŞ və İsrail ilə davam edən gərginlik fonunda sərt açıqlamalar veriblər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın hərbi sözçüsü İbrahim Zülfəqari ABŞ prezidenti Donald Trampa müraciət edərək müharibənin taleyinin sosial media vasitəsilə deyil, döyüş meydanında həll olunacağını bildirib.

Zülfəqari qeyd edib ki, münaqişənin gedişatı və nəticəsi meydanda müəyyən ediləcək. O, həmçinin İranın bu qarşıdurmada geri çəkilməyəcəyini və müharibənin sonunu özlərinin müəyyən edəcəyini vurğulayıb.

Qeyd edək ki, son günlər regionda ABŞ, İsrail və İran arasında gərginlik daha da artıb.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azxeber.com

1Mənbələr