AZ

Gözü alacağı təzminatdadır, ona görə istefa vermir

Ayyarımdır «Qəbələ»nin uğursuz oyunlar seriyası davam edir.

Növbəti «kötəy»i «Neftçi»dən «yedilər».

Kaxaber Sxadadze sonuncu məğlubiyyəti psixoloji amillə əlaqələndirib. Futbolçularının bu cəhətdən problem yaşadığını iddia edib.

Həmçinin deyib ki, Qəbələ stadionunda onu istefaya səsləyənlər 13-14 yaşlı uşaq-muşaqdır.

Dedim də, o, könüllü istefa verən deyil. Fariz Nəcəfovun yerindən qalxmasını, müqaviləni birtərəfli qaydada ləğv etməsini gözləyir.

Ortada böyük miqdarda təzminat var axı. Pul Kaxa üçün çox mənaya gəlir.

Bir daha Azərbaycandan iş təklifi almayacağını bildiyi üçün «Qəbələ»dən belə möhkəm yapışıb.

Ayda 10 min dolların üstündə qazancı var burada, fikirləşir ki, bir bu qədər pulu mən daha harada görəcəm, kim verəcək mənə?

«Qəbələ» rəhbərliyi yanlış yoldadır. Əbəs yerə səbr edirlər, Sxadadze bu komandanı düzəltməyəcək.

Premyer Liqada qalmağına qalacaqlar, əmbə ki, onunla növbəti hədəflərə çatmaq qeyri-mümkündür.

Kaxa problemi düzgün təsvir etmir. Psixoloji problem ondadır, futbolçularda deyil. komandanı gərginlik içində saxlayan baş məşqçinin özüdür.

Kaxada «mondraj» o qədər güclüdür ki, istər-istəməz oyunçular da bundan öz «nəsib»ini alır.

«Qəbələ»nin dərdi fiziki hazırlıqla bağlıdır. «Neftçi»yə qarşı ilk 20-25 dəqiqə ərzində normal futbol nümyaiş etdirdilər, sonra oyundan düşdülər.

Qonaqlar hesabı bərabərləşdirincə, başsız atlıya döndülər. Güc tez tükənirsə, bunun günahkarı kimdir? Əlbəttə, baş məşqçi!

Qaldı ki 13-14 yaşlı uşaqların Kaxanı istefaya səsləməsinə, bu, ilkin siqnaldır. Klub rəhbərliyi VİP-dən him-cim eləməsə, o uşaqların birinin də səsi çıxmaz.

Kaxa neçə ildir buradadır, hələ anlamayıb ki, sel öncə özüylə çör-çöp gətirər, sonra da kör-kötük.

ELNUR

Seçilən
46
sportinfo.az

1Mənbələr