ain.az, sport24.az saytına istinadən bildirir.
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız "doğma divarlar" arasında Ukrayna ilə qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq oyunun start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, komandamız AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94) və Ukraynaya (34:98) uduzub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.