Nigeriyanın şimal-şərqində terrorçu-kamikadzelərin törətdiyi partlayışlar nəticəsində azı 23 nəfər ölüb, 108 nəfər xəsarət alıb.
News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.
"Təəssüf ki, ümumilikdə 23 nəfər həlak olub, daha 108 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.