AZ

İran Dünya Kuboku matçlarının Meksikada keçirilməsinə dair FIFA ilə danışıqlar aparır

Bakı, 17 mart, AZƏRTAC

İran Futbol Federasiyası Yaxın Şərqdəki münaqişə səbəbindən futbol üzrə Dünya Kubokunun birinci tur oyunlarının ABŞ-də deyil, Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, İranın Meksikadakı səfirliyi bazar ertəsi günü müvafiq bəyanat yayıb.

ANSA-nın məlumatına görə, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac səfirliyin “X” sosial media hesabında dərc etdiyi açıqlamada bildirib: “ABŞ Prezidenti Donald Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirdiyindən, sözsüz ki, biz Amerikaya getməyəcəyik”.

O əlavə edib ki, hazırda İran milli komandasının Dünya Kuboku oyunlarının Meksikada keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparılır.

Seçilən
22
2
azertag.az

3Mənbələr