AZ

Azərbaycanda professor vəfat etdi -

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Namaz oğlu Yusifov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə universitetin rəsmi “Instagram” hesabında paylaşım edilib.

Yusifov Gəray Namaz oğlu 11 noyabr 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda ingilis dili fakültəsində təhsil almışdır.

1960-1972-ci illərdə Yevlax rayon və Mingəçevir şəhər məktəblərində ingilis dili müəllimi kimi çalışmağa başlamışdır. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda müəllim ştatına qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1977-ci ildən dosent kimi fəaliyyətinə davam etmişdir. 1979-cu ildə ingilis dili fakültəsi üzrə dekan, 1991-ci ildə Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdir. 1992-ci ildən 2026-cı ilə qədər Xarici dillərin tədrisi metodikası kafedrasında (indiki adı İngilis dilinin tədrisi metodikası kafedrası) professor vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

6 kitab, akademik mətbuatda 38 məqalə və tezis, 1 monoqrafiya çap etdirmişdir.

Seçilən
25
3
metbuat.az

10Mənbələr