AZ

“Kamp Nou”da hansı yeniliklər olacaq?

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Kamp Nou”da yaxın gələcəkdə bir sıra yeniliklər olacaq."Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi şəhər şurasından stadion üçün “1C” lisenziyası alıb. Bu icazə stadionun azarkeş tutumunu hazırkı 45 mindən 62 minə qədər artırmağa imkan verəcək. Klubun mətbuat xidmətinin məlumatına görə, tikintinin bu mərhələsində əsasən stadionun birinci və ikinci yarusları arasında yerləşən VIP zonalar və gözləmə zallarının inşası tamamlanacaq.Layihənin bu mərhələsinin ən maraqlı yeniliklərindən biri isə stadionun cənub hissəsində azarkeş tribunası üçün nəzərdə tutulan yeni zonanın yaradılmasıdı. Arenanın açılış ilinin şərəfinə “Qol 1957” adlandırılan bu bölmə matçlar zamanı azarkeş dəstəyini və atmosferi daha da gücləndirmək məqsədi daşıyır.Xatırladaq ki, yenidənqurma işləri tam başa çatdıqdan sonra “Kamp Nou”nun ümumi tutumunun 105 minə çatdırılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
3
icma.az

4Mənbələr