AZ

Con Lennonun pianosu rekord qiymətə satıldı

Nyu-Yorkda keçirilən hərracında Con Lennonun bəzi məşhur mahnılarını bəstələdiyi pianino 3,3 milyon dollara satılıb. Bu məbləğ “Liverpul dördlüyü”nün tarixi ilə bağlı xatirə əşyaları üçün indiyədək qeydə alınmış ən yüksək qiymət hesab olunur.

“İki sahil” xəbər verir ki, bu barədə "sky.com" məlumat yayıb.

Pianino amerikalı biznesmen və NFL komandası “Indianapolis Colts”un sahibi Stiven İrseynin kolleksiyasında saxlanılırdı. Əvvəlcə alətin dəyəri 400–600 min dollar arasında qiymətləndirilmişdi.

Eyni hərracda Rinqo Starra məxsus olan ilk baraban qurğusu da 2,4 milyon dollara satılıb. Musiqiçi bu qurğudan 1963-cü ilin may ayından 1964-cü ilin fevral ayınadək həm canlı çıxışlarda, həm də studiya yazılarında istifadə edib.

Seçilən
16
ikisahil.az

1Mənbələr