AZ

“Shafaq News”: Bağdadın mərkəzində raket zərbəsi nəticəsində dörd nəfər həlak olub

Bağdadın mərkəzində yerləşən yaşayış binasına endirilən raket zərbəsi nəticəsində ən azı dörd nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə” Shafaq News” portalı məlumat yayıb.

Təhlükəsizlik qüvvələrindəki mənbələrin bildirdiyinə görə, ölən və yaralananların sayı hələlik yekun deyil. İlkin məlumata əsasən, zərbə zamanı binada naməlum “silahlı qruplaşmaların” üzvləri, həmçinin portalın iddiasına görə, bir neçə İran vətəndaşı da olub.

Bundan əvvəl “Al Hadath” telekanalı xəbər vermişdi ki, Bağdadın mərkəzi rayonlarından birində hədəfə alınan ev şiə xalq səfərbərlik qüvvələri olan “Həşdi Şabi”yə məxsus olub.

Seçilən
33
ikisahil.az

1Mənbələr