AZ

Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb

Bakı. Trend:

Ölkəyə pul köçürmə sistemləri vasitəsilə 2025-ci ildə 8,7 faizartım olub. Belə ki, dövr ərzində ölkəyə 1,177 milyard dollar pulbaratı (0,2 faiz artım) daxil olub.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov tədiyə balansınınaçıqlanmasına həsr olunmuş brifinqə deyib.

Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü beləolub:
Rusiya - 479,3 milyon ABŞ dolları;
Türkiyə- 193,2 milyon ABŞ dolları;
ABŞ - 100,7 milyon dollar;
Gürcüstan - 43,6 milyon dollar
Birləşmiş Krallıq - 42,4 milyon ABŞ dolları;

S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricəköçürülmüş pul baratlarının həcmi 4,1 faiz azalıb və 505 milyondollar olub.

Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsübelə olub:
Türkiyə- 145,7 milyon dollar;
ABŞ - 76,4 milyon dollar;
Rusiya - 46,4 milyon dollar;
Birləşmiş Krallıq - 26,7 milyon dollar;
Gürcüstan- 26,2 milyon dollar

Məqalədə:
Seçilən
5
2
az.trend.az

3Mənbələr