Bakı. Trend:
2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4milyard ABŞ dolları təşkil edib.
Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilənmətbuat konfransında qurumun Statistika departamentinin direktoruSamir Nəsirov bildirib.
O xatırladıb ki, 2024-cü ildə tədiyyə balansında 0,4 milyarddolları ABŞ dolları kəsir olub.
"Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizinazalmasından gedir. Bu göstərici hesablanan zaman Tədiyyə Balansıüzrə Rəhbərliyin 6-cı nəşri qaydalarına və manualına uyğun olaraqyenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", - deyə AMBrəsmisi qeyd edib.