AZ

Türkiyədə məsciddə qadınların hərəkəti gündəm oldu – VİDEO

İstanbulda yerləşən Fatih məscidində Qədr gecəsinə qatılan qadınların namaz qılınmasından sonra etdikləri hərəkət bütün ölkədə gündəm olub. 

NOCOMMENT.az xəbər verir ki, qadınlar məsciddə kişilərin namaz qıldıqları hissəyə baş örtülərini atmağa başlayıblar.

Bu hərəkət əvvəlcə birmənalı qarşılanmasa da, daha sonra etiraz məqsədilə edildiyi ortaya çıxıb. Belə ki, İsrailin artıq 17 gündür Qüdsdə yerləşən Məscidül-Əqsanı bağlı saxladığı, müsəlmanlara oraya daxil olaraq ibadət etmələri üçün şəraitin yaradılmadığı bildirilir. Məlumata görə, Türkiyədəki qadınlar buna diqqət çəkmək və namus hesab edilən baş örtüsünü kişilərin ayağına atmaqla onların diqqətini bu məsələyə çəkməyə çalışıblar.

Sözügedən görüntülər Türkiyə KİV və sosial şəbəkə seqmentində gündəm olub.

Görüntüləri təqdim edirik:

Seçilən
5
1
nocomment.az

2Mənbələr