AZ

İran Hörmüz Boğazının qapılarını bu ölkələrə açdı 

Tehran hökuməti Amerika Birləşmiş Ştatları və İsrail ilə yaşanan müharibə prosesində Hörmüz Boğazının ABŞ və müttəfiqləri xaricindəki bütün ölkələrə açıq olduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyadakı neft daşınmasının beşdə birinin həyata keçirildiyi bu kritik su yolunda İran İnqilab Keşişləri Ordusu (IKO) tərəfindən 2 martda başlanılan blokada qismən yumuşaldılmağa başlanıb.

İranın Xarici İşlər Naziri Abbas Araqçi bir çox ölkənin təhlükəsiz keçid üçün onlara müraciət etdiyini və hərbi birliklərin qiymətləndirməsi nəticəsində fərqli ölkələrdən bir qrup gəminin keçidinə icazə verildiyini bildirib. Hürmüz Boğazından keçişinə icazə verilən və ya bu məsələdə Tehran ilə əlaqə saxlayan ölkələrdəki son vəziyyət belədir:

Türkiyə: Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu İran yaxınlığında gözləyən gəmi üçün icazə alındığını və gəminin boğazdan təhlükəsiz şəkildə keçdiyini açıqlayıb.

Pakistan: Pakistan bayraqlı "Karachi" adlı tanker bazar günü boğazdan keçərək Körfəz xaricinə çıxıb.

Hindistan: İranın Hindistan səfiri bəzi Hindistan gəmilərinə istisna olaraq keçid icazəsi verildiyini təsdiqləyib. Hindistan rəsmiləri maye neft qazı daşıyan iki tankerin təhlükəsiz şəkildə yola davam etdiyini bildirib.

Çin: Enerji ehtiyacının 45%-ni bu marşrutdan təmin edən Çin xam neft və Qətər mənşəli LNG daşıyan gəmilər üçün İran ilə danışıqlarını davam etdirir.

Fransa və İtaliya: İki Avropa ölkəsinin də gəmilərinin keçidi üçün Tehran ilə görüşmə tələbi etdiyi bildirilir.

Seçilən
44
43
manset.az

10Mənbələr