AZ

AMB: Ötən il cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit yaranıb

Bakı, 17 mart, AZƏRTAC

Ötən ilin tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard dollarlıq, yaxud ÜDM-in 4,6 faizi qədər profisit yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlamasına həsr olunmuş brifinqdə deyib.

S.Nəsirov bildirib ki, bu, 2024-cü illə müqayisədə təxminən 25 faiz azdır.

Foto: İlqar Cəfərov

Seçilən
42
2
azertag.az

3Mənbələr