AZ

Antonio Koştanın səfəri Azərbaycana olan maraqdan irəli gəlir



"Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın ölkəmizə səfəri Avropada Azərbaycana olan marağın nümunəsidir".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Millət vəkili bildirib ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı alır və yaxın vaxtlarda Azərbaycan qazı alacaq ölkələrin sayı artacaq:

"Bu amil də Azərbaycana olan marağın artmasını şərtləndirir. Digər tər4əfdən son İran hadisələri fonunda Azərbaycan məkanı üzərindən uçuşların sayınıın artması Avropada Azərbaycana olan marağı artırır".

Deputat deyib ki, bütün bunlar ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirir.

Süleyman
Seçilən
14
1
newscenter.az

2Mənbələr