AZ

Bu günə qədər “ABAD” vasitəsilə “ABAD”çılara məxsus 17.3 milyon manatdan artıq məhsul satılıb - ÖZƏL

2016-cı ildən fəaliyyətə başlayan “ABAD” qısa müddətdə regionlarda mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm platformaya çevrilib. Bu günə qədər 700-ə yaxın ailə təsərrüfatı layihənin müxtəlif xidmətlərindən yararlanıb. Fəaliyyətə başladığı ilk illərdə əsas diqqət ailə bizneslərinə göstərilən xidmətlərin təşkilinə və layihənin fəaliyyət mexanizmlərinin formalaşdırılmasına yönəlmişdisə, sonrakı illərdə regionlarda layihəyə maraq artdıqca “ABAD”çıların sayı da tədricən artmağa başladı və fəaliyyət sahəsi daha da genişləndi. Hazırda “ABAD” dəstəyi alan ailə bizneslərinin böyük hissəsi dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərir.

Bu fikirləri ABAD publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı “İki sahil” qəzetinə müsahibəsində söyləyib. 

Vüsal Arzumanlının sözlərinə görə, “ABAD”çıların təxminən 75 faizi sənətkarlıq, 21 faizi qida istehsalı, 4 faizi isə digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu onu göstərir ki, layihə həm milli sənətkarlıq ənənələrinin qorunmasına, həm də kənd təsərrüfatı məhsullarının emal olunaraq bazara çıxarılmasına real imkanlar yaradır. Ümumilikdə isə fəaliyyətə başladığı dövrdən bu günə qədər “ABAD” vasitəsilə “ABAD”çılara məxsus 17.3 milyon manatdan artıq məhsul satılıb və bu göstərici bir daha sübut edir ki, “ABAD” publik hüquqi şəxs ailə bizneslərinin dayanıqlı gəlir mənbəyinə çevrilmişdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr