İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndəsi ilə təmaslar barədə yayılan məlumatları təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə Abbas Əraqçi özünün X sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof ilə son əlaqəsi regionda münaqişə başlamazdan əvvəl baş tutub.
“Cənab Uitkofla sonuncu əlaqəm onun işəgötürəni ABŞ-nin İrana qarşı qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarına gəlməzdən əvvəl olub. Əksinə edilən hər hansı iddia yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, – deyə o qeyd edib.
Qeyd edək ki, daha əvvəl "Axios" öz mənbələrinə istinadən Əraqçi ilə Uitkofun ABŞ və İsrailin İrana hücumlarından sonra ilk dəfə əlaqə saxladığını iddia etmişdi.
Aminə ŞAHSUVARQIZI