AZ

Abdin Fərzəliyev bayramlar ərafəsində sakinlərlə görüş keçirdi - FOTOLAR

Vətəndaşların müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar olaraq Abşeron rayonunda növbəti səyyar qəbul-görüşlər keçirilib.

"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Novxanı, Mehdiabad, Məmmədli, Digah, Saray, Ceyranbatan və Masazır kəndlərində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.

Səyyar qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsindən danışaraq qeyd edib ki, qısa zaman keçməsinə baxmayaraq soydaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıdır, uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına qovuşurla

Seçilən
0
4
unikal.az

6Mənbələr