AZ

Bakı səmasında müşahidə olunan dronlar… – Deputatdan ÇAĞIRIŞ

Dünən Bakı səmasında dronların müşahidə olunmasına baxmayaraq, aidiyyəti qurumlar rəsmi açıqlama verməyib. Bu vəziyyət insanlar arasında ciddi narahatlıq yaradıb. Halbuki Konstitusiyamızda informasiya əldə etmək hüququ ilə bağlı qanun mövcuddur.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, belə hallarda ictimaiyyəti operativ şəkildə məlumatlandırmaq dövlət orqanlarının borcudur. İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunda da qeyd olunur ki, dövlət siyasəti informasiya sahəsində təhlükəsizliyin təmin edilməsinə yönəlməlidir:

“Geniş rezonans doğuran hadisələrlə bağlı məlumat verilmədikdə çoxsaylı şayiələr yayılır. Bu isə dövlətin və dövlət orqanlarının nüfuzuna xələl gətirə bilər. Buna görə də müvafiq dövlət qurumları öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər”.\\Globalinfo.az

Seçilən
4
nocomment.az

1Mənbələr