AZ

İsrail Prezidenti İrana qarşı müharibəni bütün region üçün dönüş nöqtəsi hesab EDİR

İsrail Prezidenti Avropanı Livanın cənubunda aparılan əməliyyatlara dəstək verməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə BBC istinadən məlumat yayıb.

Bildirilib ki, İsaak Hersoq "Agence France-Press"ə müsahibəsində İsrailin Livanın cənubunda Hizbullaha qarşı həyata keçirdiyi quru əməliyyatlarını dəstəkləməyin vacibliyini vurğulayıb.

“Avropa hazırda Hizbullahı məhv etmək üçün istənilən səyi dəstəkləməlidir. Onlar başa düşməlidirlər ki, nəyəsə nail olmaq istəyirsinizsə, bəzən müharibəni qazanmalısınız”, – deyə o bildirib.

Hersoq Emmanuel Makronun Livanla birbaşa danışıqlar aparmaq təklifini “çox müsbət” qiymətləndirib və danışıqların vacibliyini qeyd edib.

Qeyd olunub ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti hələlik Beyrutla danışıqların gündəmdə olduğunu açıq şəkildə təsdiqləməyib.

İsrail Prezidenti əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı addımları “bütün region üçün dönüş nöqtəsi”dir.

O sonda vurğulayıb ki, region “tarixi bir yol ayrıcında”dır və uzun illər davam edən münaqişələrdən sonra vəziyyətin dəyişməsi mümkündür.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr